20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Milyardlıq layihənin partladılmasında general da iştirak edib
Tarix: 13-11-2023 16:34 | Bölmə: Dünya
Milyardlıq layihənin partladılmasında general da iştirak edib

“Şimal axını - 1” və “Şimal axını - 2” qaz kəmərlərinə ziyan vuran partlayışların koordinatoru keçmiş yüksək vəzifəli ukraynalı məmur olub.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə “Vaşinqton Post” nəşri Ukrayna rəsmilərinə və Avropa mənbələrinə istinadla çıxış edib.

Qəzet yazır ki, Ukrayna xüsusi təyinatlılarının keçmiş komandiri Roman Çervinski “Şimal axını” əməliyyatının koordinatoru olub və 2022-ci ilin sentyabrında çoxmilyardlarla dollarlıq dağıdıcı infrastruktura hücumu həyata keçirən altı nəfərlik komandaya rəhbərlik edib.

Nəşrin iddiasına görə, Çervinski və altı nəfərdən ibarət qrup saxta adlar altında yelkənli qayıq icarəyə götürüb və qaz kəmərlərinə partlayıcı maddələr qoymaq üçün dərin dənizdə dalğıc avadanlıqlarından istifadə ediblər. Çervinski təkbaşına hərəkət etməyib və əməliyyatı planlaşdırmayıb. O, yüksək rütbəli zabitlərin əmrlərinə tabe olub və sonda onlar Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnıya hesabat veriblər.

Çervinski “Vaşinqton Post” qəzetinə verdiyi yazılı açıqlamada “Şimal axını”nın təxribatında iştirakını inkar edib:

“Şimal axını”na hücumda iştirakımla bağlı bütün fərziyyələr heç bir əsas olmadan Rusiya təbliğatı tərəfindən yayılır”.

Xatırladaq ki, fevral ayında jurnalist Seymur Herş ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcları “Şimal axını - 2” boru kəmərini məhv edən bombaları prezident Co Baydenin birbaşa göstərişi ilə yerləşdirdiyini demişdi. Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Herşin hesabatından sonra ABŞ-ın partlayışlarda iştirakını dəfələrlə təkzib edib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər