Köçəryanın oğlu deputat kimi parlamentdə and içib
Tarix: 14-11-2023 10:44 | Bölmə: Dünya
Köçəryanın oğlu deputat kimi parlamentdə and içib

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan noyabrın 14-də deputat kimi parlamentdə and içib.

Qeyd edək ki, L.Köçəryan sentyabrın 22-də Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhinə keçirilən etiraz aksiyası zamanı saxlanılmışdı. Oktyabr ayında həbs müddəti iki ay uzadılmışdı. Müxalifətdə olan “Hayastan” fraksiyasının deputatı Armen Çaryanın mandatdan imtina etməsi nəticəsində Levon Köçəryan parlament üzvü olub. O, deputat toxunulmazlığı statusu ilə azadlığa buraxılıb. O, fəaliyyətini müxalifətdə olan “Hayastan” fraksiyasında davam etdirəcək(Report).




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}