20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Peskovdan Paşinyanla bağlı açıqlama: "Əgər bu, həqiqətən də belədirsə, təəssüf..."
Tarix: 14-11-2023 13:53 | Bölmə: Dünya
Peskovdan Paşinyanla bağlı açıqlama: "Əgər bu, həqiqətən də belədirsə, təəssüf..."

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçiriləcək sammitində iştirak etməmək qərarından təəssüflənir.

Məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Əgər bu, həqiqətən də belədirsə, biz təəssüf hissini ifadə edə bilərik. Başa düşürük ki, hər bir hökumət və ya dövlət başçısının iş qrafikində tədbirləri ola bilər. Amma biz ancaq təəssüf hissini ifadə edə bilərik, çünki belə görüşlər fikir mübadiləsi aparmaq, mövqeləri dəqiqləşdirmək üçün yaxşı fürsətdir”, - o vurğulayıb.

Xatırladaq ki, noyabrın 23-də Belarusun paytaxtı Minskdə KTMT ölkələrinin liderlərinin növbəti sammiti keçiriləcək. Daha əvvəl Ermənistan hökumətinin mətbuat xidməti N.Paşinyanın sammitdə iştirak etməyəcəyini bəyan edib. N.Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkonu bu barədə məlumatlandırıb(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər