Stoltenberq: “Dünya Putinin qalib gəlməsinə imkan verməməlidir”
Tarix: 14-11-2023 15:28 | Bölmə: Dünya
Stoltenberq: “Dünya Putinin qalib gəlməsinə imkan verməməlidir”

“Döyüş meydanında vəziyyət ağır olduğundan Ukraynanın NATO və digər müttəfiqlərinin köməyinə daha çox ehtiyacı var”.

Reyting.az
xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bu gün Brüsseldə deyib.

“Kiyev Avropada suveren dövlət statusunu saxlamalıdır, ona görə də Ukraynaya lazımi dəstək vermək Alyansın maraqlarına uyğundur”, - baş katib əlavə edib.

Stoltenberq Avropa İttifaqının Nazirlər Şurasının Müdafiə Məsələləri üzrə Xarici Əlaqələr Şurası çərçivəsində təşkil olunan səhər yeməyində iştirakdan əvvəl bəyanatla çıxış edib:

“Gözləyirəm ki, görüş zamanı gərgin döyüşlərin davam etdiyi Ukraynadakı vəziyyəti nəzərdən keçirəcəyik. Döyüş meydanında vəziyyət ağırdır və bu, bizim Ukraynaya dəstəyimizi davam etdirməyimizi və gücləndirməyimizi daha da vacib edir”.

O vurğulayıb ki, dünya Putinin qalib gəlməsinə imkan verə bilməz: “Ukrayna Avropada suveren müstəqil dövlət kimi qalmalıdır və Ukraynanı dəstəkləmək bizim maraqlarımıza uyğundur”.

Onu da qeyd edək ki, Amerika Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya noyabrın 13-də Avdeyevski istiqamətində irəliləyişlərin nəticələri ilə Stepnoyenin şərq kənarında (Avdeevkadan 3 km şimalda) qismən uğur qazana bilib.

Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, Rusiya ordusu Novokalinovoyenin cənub-şərqinə və cənubuna (Avdeyevkadan 11 km şimal-qərb) bir sıra uğursuz hücumlar həyata keçirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}