20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Ukrayna ordusu bəzi əraziləri azad edib
Tarix: 14-11-2023 17:14 | Bölmə: Dünya
Ukrayna ordusu bəzi əraziləri azad edib

“Hər şeyə baxmayaraq, Ukrayna Silahlı Qüvvələri Dnepr çayının sol sahilindəki körpübaşını ələ keçirib. Onlar Krımı addım-addım silahsızlaşdırırlar. Biz məsafənin 70 faizini qət etmişik. Əks-hücumumuz davam edir”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak ABŞ-da bəyan edib.

Qeyd edək ki, daha əvvəl amerikalı analitiklər Ukrayna ordusunun Xerson vilayətinin sol sahilində quru əməliyyatlarını davam etdirdiyini və noyabrın 13-də irəlilədiyini bildiriblər.

“Bloomberg” nəşri isə xəbər verir ki, Andrey Yermak 2024-cü ilin Rusiyaya qarşı müharibədə həlledici olacağını deyib.

Ukraynanın yüksək səviyyəli rəsmisi bu bəyanatla çıxış edərək, Rusiyanın ölkənin enerji sisteminə gözlənilən hücumundan əvvəl ABŞ və Avropanı sanksiyaları gücləndirməyə və Ukraynaya əlavə silah sistemləri, xüsusən də hava hücumundan müdafiə sistemləri verməyə çağırıb.

“Müharibədə dönüş nöqtəsi yaxınlaşır. Gələn il həlledici olacaq”, - deyə Yermak bazar ertəsi axşam Vaşinqtonda Hudson İnstitutunda çıxışı zamanı bildirib.

Onu da qeyd edək ki, Yermak ABŞ-a səfəri zamanı ABŞ, Almaniya, Böyük Britaniya və Fransanın milli təhlükəsizlik müşavirləri ilə görüşüb. Yermakın səfəri bəzi respublikaçıların etirazı səbəbindən ABŞ Konqresinin Ukraynaya növbəti yardım tranşı ilə bağlı qərarının gecikdirilməsi fonunda baş tutub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər