20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İrəvanın görüşlərdə iştirak etməməsi mütləq KTMT-dən çıxmaq deyil, amma...
Tarix: 14-11-2023 17:59 | Bölmə: Dünya
İrəvanın görüşlərdə iştirak etməməsi mütləq KTMT-dən çıxmaq deyil, amma...

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının himayəsi altında keçirilən toplantıda iştirak etməməyimiz sizi təəccübləndirirmi? Bəs kim dedi ki, iştirak etməməyin ardınca KTMT və ya digər təşkilatlardan çıxmaq lazımdır?”

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasından olan deputat, parlamentin Avropaya inteqrasiya üzrə daimi komissiyasının rəhbəri Arman Eqoyan deyib.

O, belə bir qərarın bu gün verildiyini, sabah isə qərarın fərqli ola biləcəyini qeyd edib.

Eqoyan xatırladıb ki, Ermənistan hakimiyyəti KTMT-nin fəaliyyətinə öz münasibətini bildirib.

“2021-ci ildən başlayaraq, Ermənistanın suveren ərazisinə tam hücum edildiyi, ardınca KTMT-nin müraciətimizə qeyri-adekvat cavabı ilə biz bu strukturun fəaliyyəti ilə bağlı dəfələrlə öz mövqeyimizi bildirmişik”,- deyə o iddia edib. Onun sözlərinə görə, Ermənistanın KTMT ilə problemləri təkcə Ermənistanın problemləri deyil. “Biz strukturun fəaliyyəti ilə bağlı problemləri qaldırdıq, amma ola bilsin ki, problemlər öz həllini tapmayacaq”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər