Almaniya Ukraynaya hərbi dəstəyini artırır
Tarix: 14-11-2023 18:26 | Bölmə: Dünya
Almaniya Ukraynaya hərbi dəstəyini artırır

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Avropa İttifaqının Ukraynaya dəstəyini azaltmaqla bağlı ümidləri puçdur.

Reyting.az
xəbər verir ki, alman nazir Kiyevə dəstəyin artacağını deyib.

“Putin çox tez sevinir. Çünki biz Ukraynanı dəstəkləməyə davam etməyəcəyik. Əksinə, biz bu dəstəyi genişləndirəcəyik və artıracağıq”, - deyən Berbokun sözlərinə görə, Kiyevə dəstək əhəmiyyətli dərəcədə artıb.

O, Almaniyanın dəstəyinin xüsusilə gələn il əhəmiyyətli dərəcədə genişlənəcəyini açıqlayıb. Lakin o, başqa təfərrüatları açıqlamayıb.

Nazir elan edib ki, yaxın aylarda Ukrayna daha bir “Patriot” hava hücumundan müdafiə sistemi və enerji generatorları alacaq.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}