16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəcəyi vaxt açıqlanıb
Tarix: 15-11-2023 10:28 | Bölmə: Dünya
Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəcəyi vaxt açıqlanıb

Türkiyə ilin sonuna kimi İsveçin NATO-ya üzvlüyünü təsdiq edəcək.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisindəki (Parlament) mənbə bildirib.

O, İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiya prosesinin 2023-cü ilin sonuna qədər tamamlana biləcəyini qeyd edib.

Mənbə deyib ki, İsveçin müraciətinə parlamentin xarici işlər komissiyası tərəfindən baxılmasına noyabrın 16-da başlanacaq.

Parlamentdəki mənbə əlavə edib ki, Türkiyə tərəfi Stokholmdan konstruktiv yanaşma görür. “Vəziyyətə təsir edə biləcək hər hansı insident olmasa, ilin sonuna qədər prosesi başa çatdırmaq ümidi var”, - o vurğulayıb.

Xatırladaq ki, oktyabrda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ölkə parlamentinə İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya etməyi təklif edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib