Rusiyada dron istehsal edən emalatxananı yandırıblar
Tarix: 15-11-2023 14:08 | Bölmə: Dünya
Rusiyada dron istehsal edən emalatxananı yandırıblar

Noyabrın 15-nə keçən gecə Rusiyanın Kurqaninsk şəhərində (Krasnodar diyarı) FPV pilotsuz təyyarələrinin istehsal edildiyi emalatxana yandırılıb. Nəticədə 100-dən çox hazır dron yanıb.

Reyting.az
xəbər verir ki, sözügedən emalatxana hərbi hissənin yaxınlığında yerləşirmiş.

“Kreml Snuff Box” hadisə yerində olan mənbələrə istinadla xəbər verir ki, rus ordusu üçün kamikadze dronları hazırlanan emalatxana tamamilə yanıb.

Rusiyanın təhlükəsizlik qüvvələri hadisəni təxribat kimi qiymətləndirib. Yanğınla bağlı bir neçə versiya var: bunu müharibənin tez bir zamanda dayandırılmasını istəyən yerli sakinlər və ya “ukraynalı diversantlar” edə bilər.

“Lakin bəzi yerli sakinlər təkid edirlər ki, yanğına səbəb guya pilotsuz uçuş aparatı olub. Onlar deyirlər ki, pilotsuz təyyarəyə oxşar səs eşidiblər. Amma ifadələrində çaşıblar. Hərbçilər qeyri-rəsmi olaraq eyham vururlar ki, biz bir drondan danışırıq, hava hücumundan müdafiə və elektron müharibə sistemlərimizin hələ tanıya bilmədiyi yeni tip hücum dronları”, - kanal qeyd edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}