NATO kəşfiyyat təyyarələrini “Boeing 737”-lərlə əvəz edəcək
Tarix: 15-11-2023 19:02 | Bölmə: Dünya
NATO kəşfiyyat təyyarələrini “Boeing 737”-lərlə əvəz edəcək

NATO 1980-ci illərdən xidmətdə olan köhnə AWACS müşahidə təyyarələri donanmasını “Boeing 737” kommersiya təyyarəsinin hərbiləşdirilmiş versiyası ilə əvəz edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə alyansdan bildiriblər.

Məlumata görə, altı yeni “Boeing E-7A Wedgetail” təyyarəsinin istehsalına yaxın illərdə başlanmalıdır və ilk təyyarə 2031-ci ilə qədər xidmətə hazır olacaq.

Müqavilənin bir neçə milyard avro dəyərində olacağı ehtimal edilir, lakin alyans yeni təyyarənin dəyəri ilə bağlı heç bir təfərrüat verməyib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}