20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiyada müşahidə kamerası beş milyona çatdırılacaq
Tarix: 25-11-2023 18:28 | Bölmə: Dünya
Rusiyada müşahidə kamerası beş milyona çatdırılacaq

Rusiya rəhbərliyi ölkədəki bütün videomüşahidə sistemlərinə nəzarəti ələ keçirməyə çalışır, ehtimal ki, bununla daxili repressiyaları artıra bilər.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında qeyd olunur.

Ekspertlərin fikrincə, Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi ölkənin ərazisində bütün videomüşahidə sistemlərindən videomaterialların saxlanması və emalı üçün vahid platforma yaratmaq təşəbbüsü ilə çıxış edib. Bu platformanın dəyəri təxminən 134 milyon dollar olacaq.

Bildirilir ki, hazırda Rusiyada 1,2 milyona yaxın videomüşahidə kamerası var və onların təxminən yarısı hazırda Rusiya hökumətinin ixtiyarındadır. 2030-cu ilə qədər Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi bu rəqəmi 5 milyon ədədə çatdırmaq, onları sifət və görüntünün tanınması üçün proqram təminatına inteqrasiya etmək istəyir.

Bu yaxınlarda Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matvienko demişdi ki, ruslara Xoşbəxtlik Nazirliyi lazımdır. Guya bu və ya digər qanunun rusları nə qədər sevindirəcəyini dəyərləndirməlidir.

ABŞ mediasının məlumatına görə, Putinin yeni prezidentlik müddətinə namizəd olacağına demək olar ki, şübhə yoxdur. Rus liderin dekabrda prezidentliyə namizədliyini rəsmən elan edəcəyi gözlənilir. O, 1999-cu ildən Rusiya Federasiyasının hakimiyyət orqanlarına rəhbərlik edir, prezident və ya baş nazir vəzifələrini tutur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər