Gürcülər Puşkinin nadir nəşrlərini oğurlayıb
Tarix: 25-11-2023 19:09 | Bölmə: Dünya
Gürcülər Puşkinin nadir nəşrlərini oğurlayıb

Parisdə Gürcüstanın üç vətəndaşı Aleksandr Puşkinin nadir nəşrlərini kitabxanalardan oğurlamaqda ittiham edilərək saxlanılıb.

Reyting.az
xəbər verir ki, 24, 26 və 44 yaşlı bir kişi və iki qadının saxlanıldığı məlum olub.

Onlar Parisin Nanter ətrafında yerləşən İncəsənət Əsərlərinin Qeyri-qanuni Ticarəti ilə Mübarizə Mərkəzi Bürosuna (OCBC) aparılıblar.

İstintaq həbs olunanların incəsənət əsərləri və biblioqrafik nadirliklərin oğurluğu üzrə ixtisaslaşmış beynəlxalq cinayətkar qrupun üzvləri olduğunu ehtimal edir. Müstəntiqlər bildirirlər ki, Fransada ilk oğurluq iyul ayında bir qrup tərəfindən törədilib. Həmin oğurluq zamanı Lion kitabxanasında orijinal surəti ilə əvəz edilib.

Oktyabr ayında isə Milli Dillər və Sivilizasiyalar İnstitutundan bir neçə kitab və əlyazma götürülüb. Vilnüs Universitetinin kitabxanasından Litvada Puşkinin əlyazmalarının, eləcə də Qoqol və Lermontovun nadir nəşrlərinin oğurlanması da məlumdur.

Bundan başqa, Belçikada 38 yaşlı kişi də saxlanılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}