20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ukraynaya yardımla bağlı məyusedici proqnoz verilib
Tarix: 27-11-2023 10:17 | Bölmə: Dünya
Ukraynaya yardımla bağlı məyusedici proqnoz verilib

Fikir ayrılıqları səbəbindən bu ilin sonuna qədər ABŞ Ukrayna və İsrailə yeni yardımları qəbul etməkdə çətinlik çəkəcək.

Reyting.az
bildirir ki, respublikaçılar xarici hərbi yardımın təsdiqini sərhəd siyasətinin sərtləşdirilməsi ilə əlaqələndirməyə çalışırlar.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Turner NBC telekanalında deyib:

“Konqres sərhədin əvvəlki vəziyyətinə qayıtmasını təmin etmək üçün qanunlara dəyişiklik tələb edəcək”.

Ağ ev sərhəddəki resursları artırmaq və fentanil axınının qarşısını almaq üçün təcili olaraq təxminən 4 milyard dollar tələb edib.

Senator Tom Kotton “Fox News”ə bildirib ki, mühafizəkarları narahat edən əsas siyasət məsələləri sığınacaq və şərti azadetmə sahələrində dəyişikliklərdir:

“Ukraynaya əlavə maliyyə ayırmaq müqabilində biz sərhəd siyasətimizdə əhəmiyyətli islahatlar aparmalıyıq”.

Xatırladaq ki, oktyabrın əvvəlində hökumətə daha 45 gün işləmək imkanı verən müvəqqəti ABŞ büdcəsi təsdiq edilib. Buraya Ukraynaya yardım daxil deyil.

Onu da qeyd edək ki, noyabr ayında prezident Co Baydenin milli təhlükəsizlik müşaviri Cek Sallivan Konqresi Ağ evin Ukraynaya yardım sorğusunu tez bir zamanda təsdiqləməyə çağırmışdı, çünki maliyyə çatışmazlığı artıq onun özünü müdafiə etmək qabiliyyətinə təsir göstərir. Noyabrın 15-də Nümayəndələr Palatası Ukrayna və İsrailə yardımı da əhatə etməyən hökumətin maliyyələşdirilməsi ilə bağlı yeni qanun layihəsini təsdiqləyib. İki gün sonra həmin qanunu C. Bayden imzalayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər