ABŞ və müttəfiqləri Kiyevə zəhərli kimyəvi maddələr daşıyır
Tarix: 27-11-2023 18:00 | Bölmə: Dünya
ABŞ və müttəfiqləri Kiyevə zəhərli kimyəvi maddələr daşıyır

ABŞ və müttəfiqlərinin Ukraynanı zəhərli kimyəvi maddələrlə təchiz etməsinə dair Rusiyanın təkzibolunmaz sübutları var.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Kirill Lısoqorski deyib.

Onun sözlərinə görə, ABŞ və onun Avro-Atlantik müttəfiqlərinin Ukraynaya zəhərli kimyəvi maddələrin tədarükündə iştirakına, eləcə də onların çatdırılma vasitələrinə dair Rusiyada təkzibedilməz sübutlar mövcuddur.

K. Lısoqorski iddia edir ki, zəhərli kimyəvi maddələr Ukrayna Silahlı Qüvvələrinə - Kiyevin tərəfində döyüşən qüvvələrə və xarici muzdlulara verilir.

Nazir müavini əlavə edib ki, Kiyev rejiminin məxfi xidmət agentləri tərəfindən Rusiya Federasiyasının tərkibinə daxil olan yeni qurumların rəhbərliyinə qarşı zəhərli kimyəvi və psixotrop maddələrdən istifadə edilməsi barədə də məlumatları var.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}