20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Kuleba siyasi və hərbi dəstək almaq üçün Brüsselə gedir
Tarix: 27-11-2023 18:49 | Bölmə: Dünya
Kuleba siyasi və hərbi dəstək almaq üçün Brüsselə gedir

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Brüsselə səfər edəcək.

Reyting.az
Ukrayna Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, Kulebanın səfəri noyabrın 28-29-da baş tutacaq.

Səfərdə məqsəd Avropa İttifaqı (Aİ) və NATO-ya üzv dövlətlərin siyasi və hərbi dəstəyini səfərbər etmək, Ukraynanın hər iki təşkilata üzvlüyünü təşviq etmək, xüsusən də Avropa Şurasının dekabrda keçiriləcək növbəti iclasına hazırlıq kontekstində, eləcə də Ukraynanın müdafiə sənayesi ilə NATO-nun inteqrasiyası, Ukrayna əsgərləri üçün silah və sursat istehsalının və təchizatının sürətləndirilməsidir.

Noyabrın 28-də Dmitri Kulebanın Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ilə görüş planlaşdırılır.

Bundan əlavə, Kuleba Avropa Parlamentində Rusiya cinayətlərinə görə məsuliyyətə dair konfransın açılışında çıxış edəcək və həmçinin “Müharibənin yaşaması” VR sərgisini açacaq.

Noyabrın 29-da Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Alyansın mənzil-qərargahında xarici işlər nazirləri səviyyəsində ilk dəfə keçirilən Ukrayna-NATO Şurasının iclasında iştirak edəcək.

D. Kuleba həmçinin Brüsseldə bir sıra ikitərəfli görüşlər keçirəcək, xüsusən də NATO-nun baş katibi Yens Stoltenberq və Alyansa üzv ölkələrin xarici işlər nazirləri ilə.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər