20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Krımda fövqəladə vəziyyət rejimi tətbiq edilib
Tarix: 28-11-2023 12:29 | Bölmə: Dünya
Krımda fövqəladə vəziyyət rejimi tətbiq edilib

Krımın 10 bələdiyyəsində fövqəladə vəziyyət rejimi, daha 3 ərazisində fövqəladə vəziyyət rejimi təhlükəsi tətbiq edilib.

Reyting.az
TASS-a istinadla bildirir ki, bu barədə regionun başçısı Sergey Aksenov məlumat verib.

S. Aksenov Teleqram kanalında yazıb ki, noyabrın 28-i saat 09:00-dan etibarən 10 bələdiyyənin ərazisində: Cankoy, Evpatoriya və Saki, Krasnoperekopski, Saki, Simferopol, Beloqorski, Nijneqorski, Cankoy və Çernomorski şəhər rayonlarında fövqəladə iş rejiminin tətbiqi barədə qərar qəbul edilib.

Onun sözlərinə görə, üç bələdiyyənin ərazisində - Aluşta və Sudak şəhər rayonları və Pervomayski rayonunda “Fövqəladə təhlükə” hökm sürür.

Krım rəhbəri əlavə edib ki, fövqəladə vəziyyət zonasının sərhədlərinin müəyyənləşdirilməsi davam edir, məlumatlar toplanır, pis hava şəraitinin vurduğu ziyanın həcmi dəqiqləşdirilir.

Aksenov həmçinin bildirib ki, fırtınadan sonra Yevpatoriyada 90-dan çox ev su altında qalıb.

"Yevpatoriyada hələ də su altında qalan 93 evimiz var. Su tədricən azalır, lakin indi suyun boşaldılmasını sürətləndirəcək texniki qərarlar veriləcək", - deyə Aksenov videomüraciətdə bildirib.

Aksenov deyib ki, 93 min abonent işıqsız qalıb, 245 kənddə su təchizatı dayandırılıb.

Həmçinin Krımda külək nəticəsində 739 dam zədələnib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər