Rusiya Ukraynanın PUA mərkəzinə zərbələr endirib
Tarix: 28-11-2023 16:54 | Bölmə: Dünya
Rusiya Ukraynanın PUA mərkəzinə zərbələr endirib

Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin (PUA) hazırlanması və istifadəsi mərkəzinə zərbələr endirib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının təlimi və istifadəsi mərkəzi, aviasiya yanacağı anbarı və hava hədəflərinin aşkarlanması və izlənilməsi üçün üç radar stansiyası (iki P-18 və bir ST-68) vurulub.

Məlumata görə, əməliyyat-taktiki və ordu aviasiyası, pilotsuz uçuş aparatları, raket qoşunları və Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşun qruplaşmalarının artilleriyası da Ukraynanın şəxsi heyətini və hərbi texnikasını vurub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}