İŞİD Dağıstandakı terrorla bağlı bəyanat yayıb
Tarix: 24-06-2024 16:17 | Bölmə: Dünya
İŞİD Dağıstandakı terrorla bağlı bəyanat yayıb

“Vilayəti Xorasan” (İŞİD-in bir qolu) terror qruplaşması iyunun 23-də Dağıstanda törədilən terror aktları ilə bağlı bəyanat yayıb.

Reyting.az
xəbər verir ki, “Vilayəti Xorasan” hadisəyə “Qafqazlı qardaşlarımız hələ də güclü və nəyə qadir olduqlarını göstərdilər” prinsipi ilə yanaşıb.

Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) qeyd etdiyi kimi, “Vilayəti Xorasan”-nın bəyanatında hücrənin terror hücumlarında iştirakı göstərilmir və “Qafqazın xatırlanması hücuma görə məsuliyyətin “Qafqaz qardaşları” dediyi qruplaşmanın üzərinə düşdüyünü göstərir.

Müharibə Araşdırmaları İnstitutu belə nəticəyə gəlir ki, “Vilayəti Qafqaz” ehtimal ki, iyunun 23-də Dağıstan Respublikasında kilsələrə, sinaqoqlara və hüquq-mühafizə orqanlarına kompleks və koordinasiyalı hücum həyata keçirib.

İnstitut qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatının regional antiterror strukturu aprel ayında İŞİD-in “Crocus City Hall”dakı terror aktından sonra “Vilayəti Qafqaz” yaraqlılarını aktivləşdirməyə çalışdığı barədə xəbərdarlıq edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər