Putin nüvə silahları ilə bağlı göstəriş verib
Tarix: 24-06-2024 17:08 | Bölmə: Dünya
Putin nüvə silahları ilə bağlı göstəriş verib

Ukraynanın Krımdakı çimərlikdə mülki insanları hədəfə alması Rusiya tərəfini kəskin reaksiyasına səbəb olub.

Reyting.az
-ın məlumatına görə, hücumdan sonra Rusiyadan diqqətçəkən açıqlama verilib. Bildirilir ki, Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə nüvə silahı yenidən gündəmə gəlib.

Kremlin sözçüsü Dmitri Peskov prezident Vladimir Putinin əvvəlki açıqlamasına istinad edərək deyib ki, dünyanın “ən böyük nüvə dövləti” olan Rusiyanın nüvə doktrinasını yenilənir: “Prezident Putin bildirib ki, doktrinanın mövcud reallıqlara uyğunlaşdırılması istiqamətində işlər davam edir”.

Xatırladaq ki, Putin keçən ay demişdi ki, Rusiya bu cür silahların hansı şərtlər altında istifadə olunacağı ilə bağlı nüvə doktrinasını dəyişə bilər. Bu bəyanatın ən böyük səbəbi təbii ki, Ukrayna müharibəsində Qərbin dəstəyinin artmasıdır. Ukraynadakı müharibə 1962-ci ildə Kuba raket böhranından sonra Rusiya ilə Qərb arasında ən böyük münaqişə kimi görünməkdədir. Qeyd edək ki, Kreml bazar ertəsi ABŞ-a “nüvə müharibəsinin nəticələri” barədə xəbərdarlıq edib.

Qeyd edək ki, dünən Ukrayna ordusu Svestopolu ABŞ raketləri ilə hədəfə alıb. Rusiya buna diplomatik sahədə kəsin reaksiya verib. Ukrayna tərəfi isə elan edib ki, Svestopol onun tarixi ərazisidir və rus ordusu tərəfindən işğal olunub.

Onu da qeyd edək ki, bu ay beynəlxalq xəbər agentlikləri ilə görüşdə Putin Qərbin Ukraynaya uzaqmənzilli silahlar verməsini tənqid edib: “Əgər kimsə müharibə zonasına bu cür silahların verilməsini, ərazimizə hücum etməyi və bizə problem yaratmağın mümkün olduğunu düşünürsə, niyə digər döyüş bölgələrində eyni şeyi edə bilməyəcəyimizi düşünürlər? Niyə bizim buna haqqımız olmasın? Cavabımız asimmetrik olacaq”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər