Moskvada yanğın: 6 nəfər özünü binadan atıb
Tarix: 25-06-2024 09:39 | Bölmə: Dünya
Moskvada yanğın: 6 nəfər özünü binadan atıb

Rusiyanın paytaxtı Moskvada Platan Müdafiə Elmi-Tədqiqat İnstitutunda yanğın baş verib.

Reyting.az
xəbər verir ki, səkkiz mərtəbəli binanın 5 və 7-ci mərtəbələrinə əhatə edən alov nəticəsində çoxlu sayda insan binada qalıb.

Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin səhiyyə və yanğınsöndürmə qrupları göndərilib.

Ümumilikdə 4500 kvadratmetr ərazini əhatə edən yanğına 40-dan çox yanğınsöndürən maşın, 2 yanğınsöndürmə helikopteri cəlb olunub. Yanğında alov içində qalan 6 nəfər və alovdan xilas olmaq üçün binadan özünü atan 2 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb. Yanğından xilas olaraq binanın pilləkən qəfəslərinə sığınan şəxslər yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanğın zamanı 120-dən çox insan tüstüdən zərər çəkib.

Yanğının qaz balonunun partlaması və ya elektrik sızması səbəbindən başlaya biləcəyi ehtimal olunur.

Rusiya mətbuatında yer alan xəbərlərdə yanğın baş verən binanın Sovet İttifaqı dövründə tikildiyi, SSRİ dağıldıqdan sonra xüsusi mülkiyyətə keçdiyi, yanğın təhlükəsizliyi yoxlamasının aparılmadığı bildirilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər