Ankarada hərbi hissədə FETÖ əməliyyatı: 24 nəfər həbs olunub
Tarix: 25-06-2024 10:00 | Bölmə: Dünya
Ankarada hərbi hissədə FETÖ əməliyyatı: 24 nəfər həbs olunub

Türkiyənin paytaxtı Ankarada Quru Qoşunları Komandanlığında əməliyyat keçirilib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ankara Respublika Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Quru Qoşunları Komandanlığında Fətullahçı Terror Təşkilatının (FETÖ) gizli strukturu ilə bağlı aparılan istintaq çərçivəsində 24 şübhəli saxlanılıb: "Onların hər biri haqda həbs qərarı çıxarılıb".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}