Belqorodda PUA hündürmərtəbəli binaya çırpılıb
Tarix: 25-06-2024 10:19 | Bölmə: Dünya
Belqorodda PUA hündürmərtəbəli binaya çırpılıb

Bu gecə Belqorod və Belqorod vilayətində güclü partlayış səsləri eşidilib.

Reyting.az
xəbər verir ki, regionun qubernatoru Vyaçeslav Qladkov pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qldıqlarını bildirib.

“İlkin məlumatlara görə, bir mülki şəxs yaralanıb”, - o, öz Telegram kanalında yazıb.

İnternetdə güclü partlayış səslərinin eşidildiyi videolar da yerləşdirilib. Videolardan birində PUA-nın çoxmərtəbəli binaya çırpılması da görünür.

Qladkov yazıb ki, bir sıra evlərin pəncərələri sındırılıb, onlardan birinin dam və fasadı zədələnib.

Ticarət binalarının fasadlarına, avtomobillərə və qaz xətlərinə də ziyan dəyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər