Çin lideri: “Sülh danışıqlarına şərait yaratmaq lazımdır”
Tarix: 25-06-2024 11:19 | Bölmə: Dünya
Çin lideri: “Sülh danışıqlarına şərait yaratmaq lazımdır”

Pekin Rusiya ilə Çin arasında “normal ticarətin” ona ləkə gətirmək üçün istifadə olunmasına qarşıdır.

Reyting.az
xəbər verir ki, bunu Çin lideri Si Cinpin Polşa prezidenti Anjey Duda ilə görüşündə deyib.

Çin liderinin sözlərinə görə, Ukraynada müharibənin genişlənməsinə və eskalasiyasına yol verməmək, “vəziyyətin soyumasına” töhfə vermək və sülh danışıqları üçün şərait yaratmaq lazımdır.

“Bu, beynəlxalq ictimaiyyətin, o cümlədən Avropanın maraqlarına cavab verir. Pekin Çin və Rusiya arasında normal ticarəti bəhanə edərək bəzi şəxslərin münaqişəni başqa istiqamətə aparmasına və Çini qaralamalarına qarşıdır. Pekin Çinin bütün səylərini təşviq edir və dəstəkləyir. Böhranın sülh yolu ilə həllinə və balanslaşdırılmış, effektiv və dayanıqlı Avropa təhlükəsizlik arxitekturasının irəliləməsinə kömək etmək istəyir”, - bəyanatda deyilir.

Polşa Xarici İşlər Nazirliyi isə bəyanatında qeyd edib ki, Varşava Avropa İttifaqı və Çin arasında əlaqələrin inkişafının təşviqində konstruktiv rol oynamağa hazırdır.

Xatırladaq ki, ABŞ, Böyük Britaniya və digər ölkələr Pekini Rusiyanı Ukraynaya qarşı müharibəni davam etdirməyə imkan verən şərait yaratmaqda ittiham edirlər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər