İŞİD liderinin həyat yoldaşı barəsində ölüm hökmü verilib
Tarix: 11-07-2024 08:19 | Bölmə: Dünya
İŞİD liderinin həyat yoldaşı barəsində ölüm hökmü verilib

İraq məhkəməsi 5 il əvvəl ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin Suriyanın şimalında -İdlibdə keçirdiyi əməliyyat zamanı öldürülən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin həyat yoldaşı barəsində ölüm hökmü çıxarıb.

Reyting.az
xəbər verir ki, Bağdad məhkəməsinin mətbuat xidməti mövzu ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamaya görə, məhkəmə Bağdadinin həyat yoldaşı Esma Məhəmmədi “İŞİD ilə əməkdaşlıq etmək və ilk olaraq evində yezidi qadınları həbs etmək, sonra isə onları Mosulun qərbində yerləşən Sincardan İŞİD yaraqlıları tərəfindən qaçırılmasına kömək etməkdə” ittiham olunur.

Qeyd edək ki, ABŞ-nın keçmiş prezidenti Donald Tramp 2019-cu il oktyabrın 27-də İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin İdlibdə keçirdiyi əməliyyatda öldürüldüyünü açıqlamışdı.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər