ABŞ Almaniya ərazisinə yeni raketlər yerləşdirəcək
Tarix: 11-07-2024 09:45 | Bölmə: Dünya
ABŞ Almaniya ərazisinə yeni raketlər yerləşdirəcək

ABŞ 2026-cı ildən etibarən Almaniyaya “Tomaqavk” uzaqmənzilli qanadlı raketlər yerləşdirəcəyini açıqlayıb.

Reyting.az
xəbər verir ki, ABŞ-nın kontinental Avropada təsiri getdikcə genişləndiyi bir vaxtda Rusiya əleyhinə belə addım atır.

ABŞ və Almaniyanın Vaşinqtonda keçiriləcək NATO Sammiti öncəsi verdiyi ortaq açıqlamaya görə, 2026-cı ildən etibarən Almaniyaya “Tomaqavk” qanadlı raketləri və digər uzaqmənzilli silahlar yerləşdiriləcək.

Avropada uzaqmənzilli silahların yerləşdirilməsinin ABŞ-nın NATO-ya sadiqliyini və Avropanın çəkindirməsinə verdiyi töhfəni göstərdiyinə diqqət çəkən bəyanatda bunların SM-6, “Tomahavk” raketləri və hazırda inkişaf mərhələsində olan hipersəs silahları olacağı ifadə edilib.

Xatırladaq ki, ABŞ sonuncu dəfə 1989-cu ildə Berlin divarının yıxılmasından dərhal sonra Almaniyaya belə uzaqmənzilli silahlar yerləşdirmişdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}