Prezident: NATO-nun şərq qanadı müdafiəsiz qalacaq
Tarix: 11-07-2024 13:26 | Bölmə: Dünya
Prezident: NATO-nun şərq qanadı müdafiəsiz qalacaq

Slovakiya hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsindən narahatdır. Çünki bu, NATO ölkələrinin hava hücumundan müdafiəsini zəiflədəcək.

Reyting.az
xəbər verir ki, bunu Slovakiya prezidenti Peter Pelleqrini deyib.

Onun sözlərinə görə, Ukraynaya daha bir neçə hava hücumundan müdafiə bölməsinin göndərilməsi o deməkdir ki, çox güman, Slovakiya effektiv hava məkanı mühafizəsindən məhrum olacaq.

Prezident vurğulayıb ki, NATO-nun şərq qanadının üzvü olan Slovakiya üçün şərq qanadının hava hücumundan müdafiəsinin gücləndirilməsi çox vacibdir.

Eyni zamanda, Pelleqrini təsdiqləyib ki, Slovakiya NATO-nun Ukraynaya ümumi 40 milyard dollarlıq yardım paketində iştirak edəcək və bu xərcləri müdafiə xərclərinin iki faizinə daxil olacaq. O, qeyd edib ki, Slovakiya da Ukraynanın Avropa İttifaqına maksimum inteqrasiyasını dəstəkləyir və islahatların aparılmasında bütün nou-haularını təqdim edəcək.

“Lakin biz israr edirik ki, Ukraynanın NATO-ya gələcək üzvlüyündən bəhs edən mətndə hazırda bu məsələ yalnız Ukraynada sülhün bərqərar olduğu və davam edən hərbi münaqişə olmadığı zaman qaldırıla bilər”, - deyə Pelleqrini əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər