Qazaxıstan Rusiyanın qiymətli kağızlarından qurtulmağa çalışır
Tarix: 11-07-2024 16:34 | Bölmə: Dünya
Qazaxıstan Rusiyanın qiymətli kağızlarından qurtulmağa çalışır

Qazaxıstan Depozitarisi Rusiya qiymətli kağızlarının sahiblərini avqustun 10-dək onları ölkədən çıxarmağa çağırıb. Bu, iyulun 11-də ölkənin depozitarının tövsiyəsi ilə göndərilən məktubdan məlum olub.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, sənəddə qiymətli kağızların çıxarılması üçün göstərilən müddətlər birbaşa Vaşinqtonun 12 iyunda Milli Hesablaşma Depozitarına (NSD) və Moskva Birjasına qarşı tətbiq etdiyi sanksiyalara aiddir.

Qurumun mətbuat xidməti bildirir ki, Mərkəzi Qiymətli Kağızlar Depozitarisi ASC tərəfindən fərdi əmanətçilərə göndərilən məktub ABŞ-nın Milli Hesablaşma Depozitarına qarşı bloklayıcı sanksiyaların tətbiqi ilə əlaqədardır. Mərkəzi Depozitardan gələn məktubda avqustun 10-a kimi müddət göstərilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər