Borrell: Avropa İttifaqı üçün başqa sülh planı yoxdur
Tarix: 11-07-2024 17:54 | Bölmə: Dünya
Borrell: Avropa İttifaqı üçün başqa sülh planı yoxdur

Avropa İttifaqı yalnız bir sülh planını dəstəkləyir, bu, Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh formulu”dur.

Reyting.az
Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Cozef Borrell NATO-nun Vaşinqtonda keçirilən sammitinə gələrkən deyib.

Onun sözlərinə görə, bu, Avropa İttifaqının mövqeyidir.

"Bütün Avropa İttifaqı bu mövqeyi dəstəkləyir. Və Aİ üçün Zelenskinin planından başqa heç bir plan yoxdur. Bu, bizim üçün yeganə sülh planıdır", - Borrell bildirib.

Bundan əvvəl Zelenski bu il ikinci Sülh Sammitini keçirmək istədiyini açıqlayıb və ABŞ-nın bu məsələdə dəstəyinə ümid etdiyini bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər