Tokio Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişib
Tarix: 12-07-2024 08:05 | Bölmə: Dünya
Tokio Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişib

Yaponiya Ukrayna münaqişəsi ilə bağlı yeni qənaətə gəlib.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın cari və keçən ilki Ağ Müdafiə Kitabına görə, Tokio artıq Rusiyanın Ukraynada hərbi gücünün tükəndiyinə inanmır.

2023-cü ildə Kitabın “Rusiyanın hücumu və Ukraynanın müdafiəsi” bölməsinin sonuncu bəndində Rusiyanın “hərbi gücünü itirdiyi” açıq-aydın qeyd olunmuşdu. Amma 2024-cü ilin ikinci yarısında Tokionun Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişib. Yeni sənəddə deyilir: “Rusiya yüksək qiymət ödəməyə məcbur edilməlidir”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər