ABŞ NATO-dakı müttəfiqlərinə çağırış edib
Tarix: 12-07-2024 08:44 | Bölmə: Dünya
ABŞ NATO-dakı müttəfiqlərinə çağırış edib

ABŞ NATO müttəfiqlərini paylaşa biləcəkləri bütün mövcud hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməyə çağırıb.

Reyting.az
xəbər verir ki, Belə bir açıqlama ilə ABŞ-nın milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan çıxış edib.

Sallivan NATO səviyyəsində müvafiq qərar olmadan Polşanın Rusiya raketlərinin Ukraynaya doğru uçacağı təqdirdə, onları vurmayacağı barədə bəyanatı ilə bağlı suala da şərh verib.

Bundan əlavə, müşavir güclü hava hücumundan müdafiəni Rusiya hərbi hava qüvvələrini dayandırmağın ən yaxşı yolu hesab etdiyini vurğulayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər