Pensilvaniyada Trampın simvolları dəbə minib
Tarix: 15-07-2024 08:24 | Bölmə: Dünya
Pensilvaniyada Trampın simvolları dəbə minib

ABŞ-nin Pensilvaniya ştatındakı kiçik Rostraver şəhərində keçmiş lider Donald Trampa qarşı sui-qəsddən sonra onun simvolları olan malların satışında “bum” yaşanır.

Reyting.az
bildirir ki, bu barədə “Reuters” agentliyinə yerli satıcı məlumat verib.

Həmin qəsəbə eks-prezidentə silahlı hücum yerinin yaxınlığında yerləşir. Oradakı ticarət çadırlarında hər kəs Trampın simvolları və fotoşəkilləri olan malları – bayraqlar, papaqlar, köynəklər və sairə ala bilər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər