Pekin hərbi təlimlərə start verir
Tarix: 15-07-2024 08:28 | Bölmə: Dünya
Pekin hərbi təlimlərə start verir

Çin iyulun 15-16-da Cənubi Çin dənizində hərbi təlimlər keçirəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dəniz İşləri Administrasiyasının saytında məlumat verilib. Cənubi Çin dənizinin müəyyən ərazilərində təlimlərlə əlaqədar gəmiçilik üçün müvəqqəti qadağa tətbiq edilir.

Manevrlər zamanı hansı qüvvə və vasitələrdən istifadə ediləcəyi açıqlanmır.

Daha əvvəl ÇXR Müdafiə Nazirliyi bəyan etmişdi ki, Rusiya və Çin arasında “Dəniz əməkdaşlığı - 2024” hərbi təlimləri iki dövlətin hərtərəfli strateji qarşılıqlı fəaliyyətini gücləndirməyə kömək edəcək.

E.KAMAL




Bölməyə aid digər xəbərlər