Husilər İsrail gəmisinə və hərbi obyektlərə hücum edib
Tarix: 15-07-2024 09:16 | Bölmə: Dünya
Husilər İsrail gəmisinə və hərbi obyektlərə hücum edib

Husilər İsrailin MSC UNIFIC gəmisini Ədən körfəzində ballistik raket və pilotsuz təyyarələrlə hədəfə alıb.

Reyting.az
xəbər verir ki, bunu husilərin hərbi sözçüsü Yəhya Seri bəyan edib.

Y. Seri deyib ki, İsrailin cənubundakı Eylat şəhərinin Ummu Rəşraş bölgəsində bir çox hərbi obyektə pilotsuz uçuş aparatları ilə hücum olub və əməliyyatlar müvəffəqiyyətlə tamamlanıb.

Onun sözlərinə görə, hücumlar “məzlum Fələstin xalqına dəstək və İsrailin dünən Xan Yunis şəhərinin Əl-Məvasi bölgəsində həyata keçirdiyi qırğına cavab olaraq həyata keçirilib”.

Qeyd edək ki, bu hücumla bağlı İsraildən hələlik heç bir açıqlama verilməyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər