Trampa sui-qəsd cəhdi... - Polis damda gizlənmiş şəxsi hücumdan əvvəl görüb
Tarix: 15-07-2024 10:05 | Bölmə: Dünya
Trampa sui-qəsd cəhdi... - Polis damda gizlənmiş şəxsi hücumdan əvvəl görüb

ABŞ-nın keçmiş prezidenti Donald Trampa sui-qəsdə cəhdi edən və hadisə yerində öldürülən şübhəli Tomas Metyu Kruksun atəş açmazdan əvvəl damda polislə qarşılaşdığı məlum olub.

Reyting.az
bildirir ki, adının açıqlanmasını istəməyən iki polis əməkdaşı sui-qəsd cəhdindən əvvəl baş verənlərlə bağlı təəccüblü etiraflar edib.

Polislər deyiblər ki, sui-qəsd cəhdindən bir qədər əvvəl mitinq iştirakçıları yaxınlıqdakı binanın damına çıxan şəxsi görüb və yerli polisə xəbər veriblər.

İki polis əməkdaşı bildirib ki, polis məmuru dama çıxarkən şübhəli şəxslə qarşılaşıb, şübhəli sürətlə Trampa atəş açıb və dərhal snayperlər tərəfindən vurulub.

Xatırladaq ki, Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident Donald Tramp Pensilvaniya ştatında keçirilən mitinqdə tribunadan tərəfdarları qarşısında çıxış edərkən silahla hücuma məruz qalıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər