Tramp: “Başımı çevirməyim məni güllələrdən xilas etdi”
Tarix: 15-07-2024 15:30 | Bölmə: Dünya
Tramp: “Başımı çevirməyim məni güllələrdən xilas etdi”

ABŞ-nın sabiq prezidenti Donald Tramp şənbə günü sui-qəsd cəhdindən sonra, qan üzünə axarkən yumruğunu havaya qaldırdığı anı təsvir edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Vaşinqton Examiner” məlumat yayıb.

Xatırladaq ki, şənbə günü Pensilvaniya ştatında silahlı şəxs mitinq zamanı Trampa güllə atıb, nəticədə bir iştirakçını öldürüb, iki nəfəri yaralayıb.

Tramp sui-qəsdən sonra ilk açıqlamasında deyib: “Bunu təsvir etmək çətindir, amma dünyanın bunu seyr etdiyini bilirdim”.

Keçmiş prezidentin sözlərinə görə, o, xalqını əmin etmək əzmindədir ki, “Amerika irəliləyir, biz irəliləyirik, güclüyük”.

Tramp deyib: “Mən tarixin bunu mühakimə edəcəyini bilirdim və bilirdim ki, onlara yaxşı olduğumuzu bildirməliyəm”.

Sabiq prezident daha sonra bildirib ki, başını son anda çevirməsi həyatını silahlı Tomas Metyu Kruksun güllələrindən xilas edib: “Əgər mən bunu o anda etməsəydim, bu gün danışmayacaqdıq”.

Qeyd edək ki, keçmiş prezidenti və hazırda Ağ evin rəhbəri vəzifəsinə namizəd Donald Tramp Pensilvaniyada çıxışı zamanı güllələnib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər