Türk ordusu daha 17 terrorçunu zərərsizləşdirib
Tarix: 15-07-2024 15:35 | Bölmə: Dünya
Türk ordusu daha 17 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraqın şimalındakı Metina və Qara bölgələrində 14, Suriyanın şimalında “Sülh çeşməsi” əməliyyat bölgəsində isə 3 PKK/YPG terrorçusu olmaqla, ümumilikdə 17 terrorçunu zərərsizləşdirib.

Reyting.az
xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

“Terrorçuların qaçmaq üçün heç bir təhlükəsiz yeri yoxdur. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Metina və Qara bölgələrində müəyyən edilən 14 PKK terrorçusunu, Suriyanın şimalındakı “Sülh çeşməsi” bölgəsində isə 3 PKK/YPG terrorçusunu zərərsizləşdirib”,-deyə məlumatda qeyd edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}