Çin və Rusiya donanmaları birgə təlimlərə başlayıb
Tarix: 15-07-2024 15:43 | Bölmə: Dünya
Çin və Rusiya donanmaları birgə təlimlərə başlayıb

Çin və Rusiya donanmaları Çinin cənub sahillərində birgə təlimlər keçirir.

Reyting.az
xəbər verir ki, Çin Müdafiə Nazirliyinin məlumatına görə, Çinin Quandun əyaləti sahillərində başlayan təlimə qatılan Rusiya və Çin gəmiləri Sakit okeanın qərb və şimal sahillərində patrul xidməti həyata keçirirlər.

Açıqlamada təlimin beynəlxalq və regional vəziyyətlərlə heç bir əlaqəsinin olmadığı və üçüncü ölkəni hədəfə almadığı vurğulanıb.

Bildirilir ki, təlim iki ölkənin hərbi dəniz qüvvələrinin təhlükəsizlik və raket təhdidlərinə qarşı dəniz və hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə həyata keçirilir.

Birgə təlim Çinin keçən həftə NATO-ya üzv ölkələrlə gərginliyindən sonra reallaşıb. Vaşinqtonda keçirilən sammitdə 32 NATO üzvü tərəfindən bəyənilən sərt ifadəli yekun bəyannamədə Çinin NATO alyansının mərkəz nöqtəsinə çevrildiyi göstərilib.

Eyni zamanda, Bəyannamədə Çin Rusiya-Ukrayna müharibəsinin “aydın vasitəçisi” kimi göstərilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər