Putinin təhlükəsizliyi gücləndirilib
Tarix: 15-07-2024 15:48 | Bölmə: Dünya
Putinin təhlükəsizliyi gücləndirilib

Rusiya prezidenti Vladimir Putinin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir, beynəlxalq eskalasiya nəzərə alınmaqla lazım olan hər şey təmin olunur.

Reyting.az
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Dövlət başçısının təhlükəsizliyi, təbii ki, ümumilikdə beynəlxalq gərginliyin artması nəzərə alınmaqla, lazımi səviyyədə təmin edilir”, - deyə Peskov Putinin işgüzar səfər planlarına dəyişikliklər edilib-edilməyəcəyi sualına cavab verib.

Qeyd olunur ki, ABŞ-da keçmiş prezident Donald Trampa sui-qəsd cəhdi ilə bağlı hadisələr fonunda təhlükəsizlik tədbirləri daha da gücləndirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər