Rusiyaya PUA hücumu: avadanlıq istehsal edən fabrik yanıb - Foto
Tarix: 16-07-2024 09:01 | Bölmə: Dünya
Rusiyaya PUA hücumu: avadanlıq istehsal edən fabrik yanıb

Bu gecə Rusiyanın Kursk vilayətinin Korenevo kəndində fabrik yanıb. Məlumata görə, yanğından əvvəl bölgə PUA hücumuna məruz qalıb.

Reyting.az
xəbər verir ki, Rusiyanın Telegram kanalları genişmiqyaslı yanğının foto və videolarını yayımlayıb.

Məlumatlara görə, bu, Rusiyanın ən böyük paylayıcı və nəzarət-elektrik avadanlıqları istehsalçılarından biridir. Onun məhsulları sənayedə və Rusiyanın enerji kompleksində geniş istifadə olunur.



Gecə saat 00:40-da Kursk vilayətinin qubernatoru Aleksey Smirnov zavoda hücumu təsdiqləyib. “İşçilərdən heç biri xəsarət almayıb, texnoloji sexlərdən birində baş verən yanğın iki rayonun yanğınsöndürənləri tərəfindən söndürülüb”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər