Kim Çen In Rusiyanın hərbi nümayəndə heyətini qəbul edib
Tarix: 19-07-2024 07:43 | Bölmə: Dünya
Kim Çen In Rusiyanın hərbi nümayəndə heyətini qəbul edib

KXDR müdafiə nazirinin müavini Rusiya hərbi nümayəndə heyətini qəbul edib.

Reyting.az
xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In də Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun başçılıq etdiyi hərbi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “Koreyanın səsi” radiosu məlumat yayıb.

Deyilir ki, görüşdə Kim Çen In Putini Koreya xalqının ən yaxşı dostu adlandırıb.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva və Pxenyanın bütün sahələrdə əməkdaşlığı dərinləşdirməyi planlaşdırdıqlarını demişdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər