PUA-kamikadze səfirliyin yaxınlığında partlayıb
Tarix: 19-07-2024 07:51 | Bölmə: Dünya
PUA-kamikadze səfirliyin yaxınlığında partlayıb

İsraildə pilotsuz uçan aparat (PUA) ABŞ səfirliyinin yaxınlığına düşüb.

Reyting.az
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı İsrail mediasına istinadla məlumat yayıb.

Məlumata görə, pilotsuz təyyarə Aralıq dənizinə doğru uçaraq Tel-Əvivdəki ABŞ diplomatik missiyasının yaxınlığındakı binaya çırpılıb. Səfirliyin binasına ziyan dəyib-dəymədiyi dəqiqləşdirilir.

Hadisə şahidlərinin sözlərinə görə, güclü partlayış baş verib və havaya ağ tüstü dumanı qalxıb. İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər