Rus ordusu sübh çağı Çuqev şəhərinə zərbələr endirib
Tarix: 19-07-2024 09:19 | Bölmə: Dünya
Rus ordusu sübh çağı Çuqev şəhərinə zərbələr endirib

Rus ordusu səhər saat 4 radələrində Çuqev şəhərinin mərkəzi hissəsində yaşayış binalarına iki dəfə zərbə endirib.

Reyting.az
xəbər verir ki, bunu Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.

O, yaşayış binalarına, ticarət obyektlərinə, sosial xidmətlərə və digər mülki infrastruktura ziyan dəyməsinə aydınlıq gətirib.

“Hazırda 7 yaralı var, o cümlədən 14 yaşlı oğlanın vəziyyəti orta ağırdır”, - deyə O. Sinequbov əlavə edib.

Zərərçəkmiş 7 nəfərin hamısı qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib, həyat üçün təhlükə yoxdur.

Hücum nəticəsində doqquz avtomobil yanıb, 9 və 5 mərtəbəli binanın şüşələri sınıb, 2 mərtəbəli yaşayış binasının dam örtüyünə və 2 mağazaya ziyan dəyib.

İkinci zərbə nəticəsində inzibati binalara, tikintisi başa çatmamış beşmərtəbəli binanın şüşələrinə və fərdi yaşayış evinə ziyan dəyib.

“Xilasedicilər, həkimlər, hüquq-mühafizə orqanları - bütün fövqəladə xidmətlər Rusiya terrorunun nəticələrini aradan qaldırmağa çalışırlar”, - Sinequbov deyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər