Baş nazirə lağ edən jurnalist cərimələnib
Tarix: 19-07-2024 09:38 | Bölmə: Dünya
Baş nazirə lağ edən jurnalist cərimələnib

İtaliyanın Milan şəhərində məhkəmə baş nazir Giorgia Meloniyə lağ edən jurnalisti cərimələyib.

Reyting.az
xəbər verir ki, jurnalist Giulia Kortese 2021-ci ilin oktyabrında “Tvitter”-də Giorgia Meloninin boyu ilə bağlı “bədən təcavüzü” olaraq xarakterizə edilən zarafata görə 1200 avro pul cəzasına məhkum edilib.

Müxalifətdə olarkən Meloni sosial mediada Kortese ilə mübahisə edib və sonra qanuni addım atıb. Meloni Kortesenin keçmiş faşist lider Benito Mussolininin şəkli olan arxa planda yayımlamasına reaksiya verib. Kortese isə “Məni qorxutmursan, Giorgia Meloni. Axı sənin boyun cəmi 1,5 metrdir. Mən səni heç görə bilmirəm”,- deyə reaksiya verib.

Onu da qeyd edək ki, müxtəlif saytlarda Meloninin boyu 1,58 ilə 1,63 metr arasında göstərilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər