Tramp: “Bütün beynəlxalq böhranları həll edəcəm”
Tarix: 19-07-2024 09:45 | Bölmə: Dünya
Tramp: “Bütün beynəlxalq böhranları həll edəcəm”

ABŞ prezidentliyinə namizəd Donald Tramp Pensilvaniyadakı sui-qəsd cəhdindən sonra ilk dəfə podiuma çıxıb.

Reyting.az
-ın xəbərinə görə, Tramp Pensilvaniyada səhnəyə çıxaraq deyib ki, bütün Amerikanın prezidenti olmaq üçün namizədliyi qəbul edir: “Sui-qəsd kimi dəhşətli hücuma baxmayaraq, bu axşam qətiyyətlə bir yerdəyik. Mən heç vaxt olmadığım qədər qərarlıyam. Biz ABŞ-nın suveren sərhədlərini qoruyub bağlayacağıq. İnsanların ölkəmizə gəlməsini istəyirik, amma qanuni yolla. Ölkəmizə hər yerdən gəlirlər. Bu, bir işğaldır. Və bu administrasiya bunun qarşısını almaq üçün heç nə etmir. Onlar bizim axmaq olduğumuzu düşünürlər, amma bu, uzun sürməyəcək”.

Tramp əlavə edib ki, prezident olsaydı, Rusiya-Ukrayna müharibəsi heç vaxt baş verməzdi. O, bütün beynəlxalq böhranları həll edəcəyini deyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər