Obama: “Baydenin seçkidə qalib gəlmək şansı azalıb”
Tarix: 19-07-2024 10:26 | Bölmə: Dünya
Obama: “Baydenin seçkidə qalib gəlmək şansı azalıb”

ABŞ-nın keçmiş prezidenti Barak Obama demokrat müttəfiqlərinə deyib ki, Co Baydenin prezident seçiklərində qələbə çalmaq şansı əhəmiyyətli dərəcədə azalıb. Obama hesab edir ki, hazırkı prezident öz namizədliyini geri götürmək barədə ciddi düşünməlidir.

Reyting.az
xəbər verir ki, bu barədə “Washington Post” öz mənbələrinə istinadla yazıb.

Qeyd olunur ki, debatların birinci raundundan sonra Obama Baydenlə cəmi bir dəfə danışıb.

Bu arada, bildirilir ki, Obama Baydenin seçki kampaniyasının gələcəyi ilə bağlı söhbətlərdə fəal iştirak edir, Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi də daxil olmaqla, bu məsələ ətrafında bir çox narahat demokratlarla məsləhətləşir və prezidentin üzləşdiyi problemlər barədə fikirlərini bölüşür.

“Obama öz rolunu keçmiş vitse-prezidentə dəstək və məsləhətçi kimi görür və müttəfiqlərinə özünü Baydenin çempionu kimi hiss etdiyini söyləyir. Bu söhbətlərdə Obama deyib ki, o, Baydenin böyük prezident olduğuna inanır və onun nailiyyətlərini müdafiə etmək istəyir”.

Müəlliflər vurğulayırlar ki, Obama bəzi söhbətlərində rəy sorğularının nəticələrindən və “donorların prezidenti tərk etməsindən” narahat olduğunu bildirib.

Müəlliflər yazır ki, Obamanın narahatlığı Demokratik Partiyada Baydenin perspektivləri və onların digər namizədlərə potensial təsiri ilə bağlı artan narahatlıq fonunda baş verir.

Ağ evin hazırkı rəhbəri Co Bayden bu həftəsonu prezidentlik yarışından imtina edə bilər. Bəzi mənbələr bildirirlər ki, Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Baydenlə şəxsi söhbətində Trampa uduzacağını deyib. Lakin Pelosinin Baydenə 2024-cü il seçkilərində iştirakdan imtina etməyi tövsiyə edib-etmədiyi hələlik məlum deyil.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər