13:15 / 22-10-2024
Sabah yağış yağacaq
Pakistanda daşqın: 14 nəfər ölüb, itkin düşənlər var
Tarix: 30-07-2024 17:52 | Bölmə: Dünya
Pakistanda daşqın: 14 nəfər ölüb, itkin düşənlər var

Pakistanın şimal-qərbində - Hayber Paxtunxva əyalətində musson yağışları güclü daşqınlara səbəb olub.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 14 nəfər ölüb, bir neçə nəfər isə itkin düşüblər.

Fövqəladə Hallar Xidmətinin sözçüsü Bilal Faizi bildirib ki, bir evdə olan 3 qadın, 7 uşaq və 1 kişi selə qapılıb: "Onların hamısının cəsədi Paxtunxvanın Kohat bölgəsində tapılıb. Vilayətin Hanqu və Bajur bölgələrində də 3 nəfər seldə həyatını itirib. Bununla yanaşı, itkin düşənlər var".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}