Rusiya min kilometr uçan yeni raket yaradıb
Tarix: 31-07-2024 10:16 | Bölmə: Dünya
Rusiya min kilometr uçan yeni raket yaradıb

Rus təbliğatçıları modernləşdirilmiş “İsgəndər-1000” raketinin yaradıldığını elan ediblər. Bildirilir ki, yeni raketin uçuş məsafəsi min kilometrə qədər olacaq.

Reyting.az
-ın məlumatına görə, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malomuj deyib ki, yeni modernləşdirilən “İsgəndər-1000” hazırda rus ordusunda xidmətdə olan “İsgəndər”lərdən bir qədər yaxşı ola bilər.

Onun sözlərinə görə, söhbət heç bir fövqəladə təkmilləşmədən getmir. Təkmilləşdirilmiş “İskəndər-1000” raketinin əhatə dairəsi daha geniş olacaq, lakin rusların dediyi qədər olmayacaq. General hesab edir ki, onun hərəkət məsafəsi 800 kilometrə qədər ola bilər.

“Müvafiq olaraq, Rusiya ərazisindən buraxılan bu raketlər Şərqi Avropaya çatacaq, lakin bundan artıq uça bilməyəcəklər”, - Malomuj izah edib.

Bundan əlavə, bu raket modifikasiya edilmiş zenit müdafiə sisteminə malikdir. Bununla belə, ABŞ və Almaniyanın hava hücumundan müdafiə sistemlərinin qabaqcıl modelləri hələ də onları aşkar edəcək. Həmçinin, “İskəndər-1000” daha böyük partlayıcı hissəyə malikdir.

“Patriot” və “IRIS-T” bu raketi vura biləcək, lakin onun geniş diapazonu NATO ölkələri üçün təhlükə yaratdığını göstərir”, - deyə general vurğulayıb. O, əlavə edib ki, yeni “İskəndər-1000” müəyyən dərəcədə rusların imkanlarını gücləndirəcək, lakin bu, Ukrayna və Qərb ölkələrinin hava hücumundan müdafiə sistemləri üçün kritik deyil.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}