13:15 / 22-10-2024
Sabah yağış yağacaq
İsmayıl Haniyənin dəfn mərasimi başlayıb - Foto
Tarix: 01-08-2024 09:57 | Bölmə: Dünya
İsmayıl Haniyənin dəfn mərasimi başlayıb

İranda sui-qəsd nəticəsində öldürülən HƏMAS lideri İsmayıl Haniyə və mühafizəçisi Vasim Əbu Şabanın cəsədlərinin fotoları üzə çıxıb.

Reyting.az
xatırladır ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda iqamətgahına edilən hücumda həlak olub.

Hücuma görə məsuliyyəti İsrail öz üzərinə götürüb, HƏMAS isə İ. Haniyənin şəhid olduğunu təsdiqləyib.

HƏMAS-ın yazılı açıqlamasında Haniyənin İranın yeni prezidenti Məsud Pezeşkianın inaqurasiya mərasimində iştirak üçün Tehrana getdiyi bildirilib.

Haniyənin dəfn mərasimi Qətərin paytaxtı Dohada cümə namazından sonra ictimaiyyətin iştirakı ilə keçiriləcək.

İsmayıl Haniyə və mühafizəçisi Vasim Əbu Şabanın cənazələri nümayiş etdirilib.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}