Tokio: ABŞ atom bombalarına görə üzr istəməlidir!
Tarix: 09-08-2024 08:14 | Bölmə: Dünya
Tokio: ABŞ atom bombalarına görə üzr istəməlidir!

“ABŞ 1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombalarına görə Yaponiyadan və onun xalqından üzr istəməlidir”.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, bunu Yaponiya parlamentinin yuxarı palatasının deputatı Muneo Suzuki deyib.

Suzukinin fikrincə, ABŞ prezidenti Co Bayden “G7”-lərin keçən ilki sammitində yapon xalqından üzr istəməli idi. Həmçinin, Amerika lideri atom bombalarından istifadənin yanlışlığını və yolverilməzliyini dərk etməli idi: “Amma bu baş vermədi və Yaponiyanın baş naziri Fumio Kişida “bununla bağlı heç nə etmədi”, - deyə M. Suzuki əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər