Harris İsrailə silah embarqosunu dəstəkləmir
Tarix: 09-08-2024 10:00 | Bölmə: Dünya
Harris İsrailə silah embarqosunu dəstəkləmir

ABŞ-nın vitse-prezidenti Kamala Harris Qəzzada mülki insanları qorumaq üçün işləməyə davam etsə də, İsrailə silah embarqosunu dəstəkləmir.

Reyting.az
xəbər verir ki, Harrisin xarici siyasət müşaviri Qordon “X” hesabında yazıb.

“Vitse-prezident bu məsələdə aydındır. O, İsrailin İran və İranın dəstəklədiyi terror qruplarına qarşı özünü müdafiə edə biləcəyinə əmin olacaq. Vitse-prezident İsrailə silah embarqosunu dəstəkləmir. O, həmçinin Qəzzadakı mülki əhalinin müdafiəsinə çalışır və beynəlxalq insan haqlarını üstün tutmağa davam edəcək”,-Qordon qeyd edib.

Digər tərəfdən, iddialara görə, Harris Miçiqanda Fələstinə dəstək qrupu ilə görüşündə İsrailə silah embarqosu ideyasını müzakirə etmədiyini bildirib.

Co Bayden administrasiyasının İsrailə qeyd-şərtsiz dəstək verməsindən narahat olan demokratların yaratdığı və Miçiqan ştatında keçirilən praymerizlərdə Baydenə səs verməyən seçiciləri bir araya gətirən qrupun İsrailə silah embarqosu qoyulmasını tələb etdiyi bildirilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər